12-19 avqust tarixlərində keçirilən 28-ci Sarayevo Film Festivalının (Bosniya və Herseqovina) qalibləri elan olunub.

Avropanın nüfuzlu kino müsabiqələrindən sayılan Sarayevo festivalının əsas mükafatına bu il xorvatiyalı rejissor Yuray Lerotiçin “Təhlükəsiz məkan” filmi (“Ən yaxşı bədii film”) layiq görülüb. Rejissor həmçinin filmdə oynadığı rola görə “Ən yaxşı aktyor” nominasiyasında təltif edilib.

Serbiyalı rejissor Srdyan Kecanın “İnqilab muzeyi” filmi “Ən yaxşı sənədli film” nominasiyasında mükafat qazanıb.

“Ən yaxşı qısametrajlı film” nominasiyası üzrə mükafat macar rejissor Balazs Turainin “Amok” filminə verilib, “Ən yaxşı tələbə filmi” nominasiyasında isə xorvatiyalı Yosip Lukiç və Klara Sovaqoviç “Ağcaqanadlar üçün soyuq deyil” filminə görə təltif olunublar.

Ukraynalı Maryina Private Qorbaç (Gorbach) Türkiyə kinematoqrafçıları (TRT) ilə birgə çəkdiyi “Klondayk” filminə görə “Ən yaxşı rejissor”, lüksemburqlu Viki Krieps “Bədən” filmindəki roluna görə “Ən yaxşı aktrisa” nominasiyalarında mükafat əldə edib.

Bosniya və Herseqovinada 90-cı illərin qanlı müharibəsinin (1992-1995) müharibəsinin izlərini silmək, paytaxt Sarayevonu yenidən mədəniyyət və incəsənət mərkəzinə çevirmək məqsədilə 1995-ci ildə təsis edilən Sarayevo Film Festivalına ötən illər ərzində dünya kinosunun bir çox məşhurları qatılıb. Festivalın mükafatı “Sarayevonun ürəyi” adlanır.

28-ci festivalda “bədii filmlər”, “qısametrajlı filmlər”, “sənədli filmlər” və “tələbə filmləri” kateqoriyalarında ümumilikdə 51 film nümayiş etdirilib, o cümlədən ümumilikdə 20 filmin dünya premyerası keçirilib.

V.Kamal