Rusiyanın Sverdlovsk vilayətində Azərbaycan mədəniyyəti və kulinariyası təqdim olunub.

Orta Ural Xalqlarının Günü münasibətilə keçirilən tədbirdə “Azərbaycan-Ural” Milli-Mədəni İctimai Təşkilatının xüsusi zövqlə hazırladığı “Azərbaycan evi"ndə mədəniyyət və kulinariyası nümunələrimiz təqdim edilib.

Sverdlovsk hökumətinin təşkil etdiyi və vilayətdə yaşayan bütün xalqların nümayəndələrinin toplaşdığı tədbirdə digər xalqlarla yanaşı, “Azərbaycan evi”ni də ziyarət edən Sverdlovsk vilayətinin qubernatoru Yevgeni Kuyvaşev, Qanunvericilik Məclisinin sədri Lyudmila Babuşkina, Yekaterinburq şəhərinin meri Aleksey Orlov, İnsan Hüquqları üzrə Müvəkkil Tatyana Merzlyakova və tədbirin iştirakçıları öz məmnunluqlarını ifadə edərək milli mətbəximizin müxtəlif təamlarından dadıb, mahnılarımızı dinləyib, milli rəqslərimizi izləyiblər.

Tədbirdə iştirak edən Azərbaycanın Yekaterinburq şəhərindəki baş konsullu vəzifəsini icra edən Şöhrət Mustafayev və Baş konsulluğun əməkdaşları təşkilatçılara, eləcə də musiqi və rəqs ansamblına xalqımızın mədəniyyətini yüksək peşəkarlıqla nümayiş etdirdiklərinə görə öz təşəkkürlərini bildiriblər.