Azərbaycan Teatr Xadimləri İttifaqının (ATXİ) “Dramaturgiya” laboratoriyasında 18-40 yaşlı istedadlı şəxslər üçün dərslər təşkil olunacaq.

İttifaqdan bildirilib ki, dərslərdə iştirak etmək üçün sənəd qəbulu sentyabrın 25-dək davam edəcək.

Oktyabrın 1-dən başlayacaq dərslərə kinossenarist, rejissor, Xalq artisti, Dövlət mükafatı laureatı Ramiz Fətəliyev rəhbərlik edəcək.

Bir il davam edəcək dərsləri müvəffəqiyyətlə bitirən şəxslərə ATXİ tərəfindən sertifikat veriləcək.