Azərbaycan Milli Kitabxanası tərəfindən “Şuşa ABŞ və Böyük Britaniya mətbuatında: 1827-1915-ci illərə aid qəzet materialları əsasında” adlı kitab nəşr olunub.

Kitabda Şuşa ilə bağlı 1827-1915-ci illərdə ABŞ və Böyük Britaniya mətbuatında dərc edilən seçilmiş materiallar, onların tərcümə və şərhləri toplanıb.

Materiallarda Şuşada keçirilən məhərrəmlik mərasimi, 1905-1906-cı illərdə ermənilərin türk-müsəlman əhaliyə qarşı Şuşada törətdiyi soyqırımları, aclıq çəkən əhaliyə göndərilən humanitar yardımları əngəlləmək üçün onların törətdikləri vəhşiliklər, çar Rusiyasının Şuşada ruslaşdırma siyasəti və bu tədbiri pərdələmək üçün atdığı addımlardan və s. bəhs olunur.

Layihə rəhbəri və ön sözün müəllifi professor Kərim Tahirov, tərcümə və şərhlərin müəllifləri tarixçi-alimlər Elnur Nəciyev və Ədibə İsmayılova, nəşrin redaktoru Günay Nəciyevadır.