Türkiyə öz ərazisində yerləşən suriyalı qaçqınların 1 milyon nəfərinin ölkəsinə qayıtmasını təmin etmək niyyətindədir.

Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iyulun 26-da Ankarada Polis Akademiyasında keçirilən buraxılış mərasimində çıxış edərkən deyib.

 “Qaçqınların vətənlərinə qayıdışı Suriyada təhlükəsizlik və sabitliyin səviyyəsi artdıqca davam edəcək. Bu günə kimi 600 min nəfər ölkəsinə qayıdıb, biz ümumilikdə 1 milyon qaçqının öz vətənlərinə qayıtmasını təmin etməyi planlaşdırırıq”, – deyə o bildirib.

Xatırladaq ki, Türkiyənin daxili işlər naziri Əli Yerlikaya hazırda ölkədə 4,9 milyona yaxın qaçqının yaşadığını və onlardan 3 milyonunun Suriya vətəndaşı olduğunu qeyd etmişdi.