Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Qaradağ rayon Heydər Əliyev Mərkəzində “Güclü dövlət, güclü cəmiyyət, sağlam nəsil” mövzusunda bilik yarışması təşkil edilib.

Əvvəlcə Dövlət Himni səsləndirilib, Ulu öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

İştirakçılar qaydalarla tanış edildikdən sonra yarış başlanıb. Yarışma milli-mənəvi dəyərlər və bədən tərbiyəsi, idman sahəsini əhatə edən suallar əsasında aparılıb.

İntellektual yarışın qalibləri diplom və medallarla təltif olunublar.