Ağdam-Ağcabədi avtomobil yolu yenidən qurulur

 

“Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın icrasına dair Tədbirlər Planına uyğun olaraq Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən respublika əhəmiyyətli Ağdam-Hindarx-Ağcabədi avtomobil yolunun yenidən qurulmasına başlanılıb.

45 km uzunluqda yol Ağdam və Ağcabədi rayonlarını birləşdirir. II texniki dərəcəyə uyğun yenidən qurulan yolun 0-21-ci km hissəsində torpaq işləri artıq yekunlaşıb. Hazırda bu hissədə hamarlayıcı layın tikintisi işləri görülür. Layihəyə uyğun olaraq 3 avtomobil körpüsünün inşası da aparılacaq.

Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının ərazisində icra olunan və işğaldan azad edilmiş ərazilərimizin sosial-iqtisadi inkişafında mühüm rol oynayacaq yol infrastrukturu layihələrindən biri olan Ağdam-Hindarx-Ağcabədi avtomobil yolu Ağdam və Ağcabədi rayonlarını birləşdirməklə həmin rayonların 20-dən artıq yaşayış məntəqəsini əhatə edir.