Yazıçılar Birliyinin orqanı olan “Ulduz” jurnalının iyul-avqust sayı çapdan çıxıb. Oxucular dərgidə ilk olaraq Nigar Arifin özüylə söhbətini və şeirlərini oxuyacaqlar.

“Nəsr” rubrikasında Alpay Azər, Məmməd Məmmədli, Könül Məmmədova, Murad Köhnəqala, Mahir Rəsuloğlu, Vüsal Bağırlının hekayələri, Ayna Əhmədli və Arzu Muradın silsilə esseləri təqdim olunur. Bu rubrikada həmçinin Mir Cəlal Paşayevin anadan olmasının 115 illiyinə həsr edilmiş hekayə müsabiqəsi qaliblərinin ədəbi nümunələri də yer alıb.

Nəşrin "Şeir vaxtı", "Yazı masası", "Gənc yazarlar üçün nəzəriyyə dərsi", "Sələf-xələf" rubrikalarında maraqlı materiallar verilib. "Dərgidə kitab"da Əvəz Qurbanlının şeirləri, "Dərgidə sərgi"də isə qrafik-rəssam Mayis Həsənlinin əsərlərini təqdim olunub.