Azərbaycan

 

2 avqust 1949 – Xalq artisti, tanınmış qarmon ifaçısı Kamil Səfərəli oğlu Vəzirov (1949 – 13.2.2018) Bakıda doğulub. Azərbaycan Dövlət Mahnı Teatrının solisti olub.

2 avqust 1969 – Milli səhnəmizin ilk azərbaycanlı qadın müğənnilərindən biri, Xalq artisti Həqiqət Əli qızı Rzayeva (20.5.1907 – 1969) vəfat edib.

2 avqust 1980 – Görkəmli teatr rejissoru, Xalq artisti, Dövlət mükafatı laureatı Tofiq Səməd Mənsur oğlu Kazımov (14.1.1923 – 1980) dünyasını dəyişib. Akademik Milli Dram Teatrında baş rejissor işləyib. Gənc Tamaşaçılar, Rus Dram, Musiqili Komediya teatrlarında tamaşalar hazırlayıb.

2 avqust 1984 – SSRİ Xalq artisti, görkəmli dirijor və bəstəkar Niyazi (Niyazi Zülfüqar oğlu Hacıbəyov-Tağızadə; 20.8.1912 – 1984) vəfat edib. “Xosrov və Şirin” operası, “Çitra” baleti, “Rast” simfonik muğamı və s. əsərlərin müəllifidir.

2 avqust 2002 – Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı ilə Qazax rayonundakı M.P.Vaqifin xatirə muzeyi “M.P.Vaqif və M.V.Vidadinin xatirə muzeyi” adlandırılıb.

 

3 avqust 1933 – Əməkdar incəsənət xadimi, dirijor Ləman Həsən qızı Atakişiyeva (1933-2015) Bakıda anadan olub.

 

4 avqust 1909 – Şair Oruc Hüseyn oğlu Qoşqarlı (1909-1989) anadan olub.

4 avqust 1915 – Görkəmli aktyor, Xalq artisti Məmmədrza İsa oğlu Şeyxzamanov (1915 – 25.1.1984) Gəncədə doğulub. Gəncə Dram, Akademik Milli Dram teatrlarında çalışıb. “Bir qalanın sirri”, “Qatır Məmməd”, “Nəsimi”, “Əhməd haradadır?”, “Tütək səsi” filmlərində yaddaqalan obrazlar yaradıb.

4 avqust 1939 – Əməkdar artist Ofeliya Kamal qızı Məmmədzadə (1939 – 11.7.2007) Bakıda anadan olub. Akademik Dram, Musiqili Komediya teatrlarında çalışıb. Filmlərdə (“Bir cənub şəhərində”, “Yenilməz batalyon”), teletamaşalarda maraqlı rollar oynayıb.

4 avqust 1946 – Xalq artisti Rafiq Eyyub oğlu Hüseynov (1946 – 26.10.2017) Şuşada doğulub. 30 ilə yaxın Azərbaycan Televiziyasının aparıcı diktorlarından biri olub.

 

5 avqust 1890 – Opera müğənnisi, Xalq artisti Məmmədtağı Abbas oğlu Bağırov (1890 – 16.4.1961) Bakıda doğulub. 1925-ci ildən Opera və Balet Teatrının solisti olub.

5 avqust 1896 – Xalq artisti, vokalçı Roman Maksimoviç Trifonov (1896–1966) Saratovda doğulub. 1948-ci ildən Azərbaycan Dövlət Opera və Balet Teatrının solisti olub.

5 avqust 1937 – Xalq artisti, tanınmış skripka ifaçısı Sərvər Soltan oğlu Qəniyev (1937 – 5.9.2010) Bakıda doğulub. Azərbaycan Dövlət Filarmoniyasının solisti, Qahirə Konservatoriyasında (Misir) kafedra müdiri (1971-1979), 1991-ci ildən Türkiyənin Bilkənd Universitetinin professoru, simfonik orkestrinin bədii rəhbəri olub.

5 avqust 1948 – Əməkdar rəssam Arif Əli oğlu Məhərrəmov (1948 – 9.8.2022) anadan olub. “Azərbaycanfilm”də bir sıra bədii (“İşgüzar səfər”, “Qocalar, qocalar”, “O dünyadan salam” və s.) və animasiya filmlərinin quruluşçu rəssamı olub.

5 avqust 1950 – Teatr və televiziya rejissoru Eyvaz Məsud oğlu Vəliyev (1950–2002) Bakıda doğulub. Azərbaycan Dövlət Kukla Teatrında quruluşçu rejissor işləyib.

5 avqust 1950 – Əməkdar mədəniyyət işçisi, teatrşünas Kəmalə Məmməd qızı Cəfərzadə (1950 – 31.7.2019) anadan olub. Azərbaycan Teatr Xadimləri İttifaqında,  Azərbaycan Dövlət Tərcümə Mərkəzində çalışıb.

5 avqust 1998 – Prezident Heydər Əliyevin sərəncamı ilə Bakıdakı Şəhidlər xiyabanında memorial abidə – “Əbədi məşəl” kompleksi ucaldılıb.

5 avqust 2017 – Prezident İlham Əliyev görkəmli bəstəkar, Xalq artisti Emin Sabitoğlunun 80 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb.

 

Dünya

 

2 avqust 1834 – Fransız memarı Frederik Ogüst Bartoldi (Frederic Auguste Bartholdi; 1834-1904) anadan olub. ABŞ-nin Nyu-York şəhərindəki “Azadlıq” heykəlinin müəllifidir.

2 avqust 1932 – İrland əsilli ingilis aktyoru Piter O’Tul (Peter Seamus O’Toole; 1932-2013) anadan olub. Filmləri: “Milyonu necə oğurlamalı?”, “Kaliqula”, “Ərəbistanlı Lourens” və s.

 

3 avqust 1832 – Xorvat bəstəkarı və dirijoru İvan Zays (1832-1914) anadan olub.

3 avqust 1994 – Rus aktyoru, SSRİ Xalq artisti İnnokenti Smoktunovski (1925-1994) vəfat edib. Filmləri: “Hamlet”, “Avtomobildən qorun”, “Cinayət və cəza” və s.

 

4 avqust 1859 – Norveç yazıçısı Knut Hamsun (Pedersen; 1859-1952) anadan olub. “Torpağın şirəsi” əsərinə görə ədəbiyyat üzrə Nobel mükafatı (1920) alıb.

4 avqust 1901 – Amerika caz musiqiçisi, bəstəkar Lui Armstronq (Louis Daniel “Satchmo” Armstrong; 1901-1971) anadan olub.

 

5 avqust 1844 – Rus boyakarı və qrafiki İlya Yefimoviç Repin (1844-1930) anadan olub. Məşhur əsərləri: “Burlaklar Volqada”, “Tövbədən imtina”, “İvan Qroznı və oğlu İvan” və s.

5 avqust 1850 – Fransız yazıçısı Gi de Mopassan (Henry Rene Albert Guy de Maupassant; 1850 – 6.7.1893) anadan olub. Romanları: “Həyat”, “Əziz dost”, “Arzu alovu” və s.

5 avqust 1860 – İngilis rəssamı Luis Veyn (Louis William Wain; 1860-1939) anadan olub.

Hazırladı: V.Orxan