Astara rayon MKS-nin təşkilatçılığı ilə “açıq kitabxana” layihəsi çərçivəsində sərgi keçirilib.

Kitabxananın direktor vəzifəsini müvəqqəti icra edən Emil Baxşıyev bildirib ki, tədbirin məqsədi kitabxanalara yeni oxucu cəlb etmək, insanların mütaliəyə marağını artırmaqdır.

Sərgilənən kitablar “Tarixin azərbaycanlı dahisi”, “Azərbaycan tarixi”, “Uşaq ədəbiyyatı”, “Yeni kitablar”, “Şəhidlər ölməz, Vətən bölünməz!” mövzularında qruplaşdırılıb.

Oxuculara açıq havada kitab oxumaq, habelə kitabxanaya üzv yazılmaq imkanı yaradılıb.

Nurəddin