Oğuz rayon Mərkəzi Kitabxanasının əməkdaşları Vətən müharibəsi şəhidi Məhəbbət Paşayevin doğum günü münasibətilə xatirəsini yad ediblər.

Məhəbbət Paşayev 1999-cu il avqustun 5-də Şəki rayonunun Bolludərə kəndində anadan olub. 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi zamanı düşmən təxribatlarının qarşısının alınması, torpaqlarımızın azad edilməsi uğrunda döyüşlərdə iştirak edib, Suqovuşan uğrunda döyüşlərdə qəhrəmancasına şəhid olub.

Sentyabrın 30-da Oğuz rayon Şəhidlər xiyabanında torpağa tapşırılıb. Ölkə başçısının müvafiq sərəncamları ilə ölümündən sonra "Vətən uğrunda" və "Suqovuşanın azad olunmasına görə" medalları ilə təltif olunub.

Nurəddin