Dünyaca məşhur ədib, Qırğızıstanın Xalq yazıçısı Çingiz Aytmatovun xatirəsinin əbədiləşdirilməsi məqsədilə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi heykəltaraşlıq müsabiqəsi keçirib. Müsabiqəyə heykəltaraşlar tərəfindən 21 əsər təqdim olunub.

Təsdiq olunmuş işlər Mədəniyyət Nazirliyinin nəzdində fəaliyyət göstərən Ekspert Komissiyası tərəfindən dəyərləndirilib və qaliblər seçilib.

Qaliblərin siyahısı belədir:

1-ci yer – Natiq Əliyev

2-ci yer – Nurəli Şahbazov

3-cü yer – İlqar Ağaşov