Anarın 85 illik yubileyinə həsr olunmuş elmi konfrans keçiriləcək

 

Dekabrın 4-5-də Bakı Dövlət Universitetində (BDU) İnformasiya və sənəd menecmenti fakültəsinin təşkilatçılığı ilə Xalq yazıçısı Anarın 85 illik yubileyinə həsr olunmuş “Mütaliə mədəniyyəti və oxucu məmnunluğu” mövzusunda Respublika elmi konfransı keçiriləcək.

BDU-dan bildirilib ki, konfransda müasir oxucu, onun tipologiyası, informasiya tələbatının ödənilməsi sistemi, mütaliə vərdişlərinin formalaşmasına təsir edən amillər araşdırılacaq. İnformasiya mədəniyyətinin əsas missiyası, mütaliə prosesinin davamlılığı, oxucu məmnunluğunun meyarları kimi aktual istiqamətlər elmi müstəvidə tədqiq ediləcək. İnformasiya menecmenti, mütaliə mədəniyyəti, kitabşünaslıq, kitabxanaşünaslıq, biblioqrafiyaşünaslıq, redaktə, kitab sənayesi, müəlliflik hüququ və s. mövzular üzrə məruzələr dinləniləcək.

Konfransda iştirak etmək üçün tezisləri sentyabrın 4-dən noyabrın 6-dək anarrzayevkonfrans@gmail.com  ünvanına göndərmək lazımdır. Göndərilən materiallar antiplagiat proqramı ilə yoxlanılacaq.