Azərbaycan Dövlət Akademik Rus Dram Teatrı yeni, 103-cü mövsümü 16 sentyabrda açacaq.

Son illərin ənənəsinə sadiq qalaraq yaradıcı kollektiv mövsümün ilk tamaşası kimi M.F.Axundzadənin “Müsyö Jordan və dərviş Məstəli şah” əsərini oynayacaq.

Sentyabrın 17-də isə ötən teatr mövsümünün yeni tamaşalarından olan “Kapitan qızı” (A.S.Puşkin) seyrçilərə təqdim ediləcək.

Teatr balaca tamaşaçıları da unutmayıb. Həmin gün gündüz seansında repertuardakı maraqlı nümunələrdən biri – “Ələddin, şahzadə Jasmin və sehrli çıraq cininin sərgüzəştləri” nümayiş olunacaq.

Bu mövsümün ilk premyerası isə A.P.Çexovun eyniadlı pyesi əsasında hazırlanan “Albalı bağı” əsəri olacaq. Tamaşaya teatrın baş rejissoru Xalq artisti Aleksandr Şarovski quruluş verib.