Bu il görkəmli rus yazıçı, mütəfəkkir Lev Nikolayeviç Tolstoyun (1828-1910) anadan olmasının 195 illiyidir. Bu münasibətlə sentyabrın 9-da, ədibin doğum günündə Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Xətai rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) Mərkəzi Kitabxanasında sərgi-söhbət keçirilib.

Tədbirdə paytaxtın 10, 95, 171 və 269 nömrəli tam orta məktəblərinin bir qrup şagirdi və kitabxananın əməkdaşları iştirak ediblər.

Məktəblilərə Lev Tolstoyun həyatı və yaradıcılığı haqqında məlumat verilib.

Sonda uşaqlar kitabxanada təşkil olunmuş “Böyük yazıçı – Lev Tolstoy” başlıqlı sərgiyə baxıblar.