“Film heç bitməsin” ...

 

2024-cü ilin may ayında İstanbul Nişantaşı Universiteti və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin birgə təşkilatçılığı ilə “Film heç bitməsin” adlı kinofestival keçiriləcək.

3-12 may tarixlərinə nəzərdə tutulan beynəlxalq festivala tammetrajlı, qısametrajlı (o cümlədən animasiya) və sənədli filmlər qəbul edilir.

Festivalın fəxri qonaq ölkəsi Azərbaycan seçilib. Bu çərçivədə Azərbaycan kino tarixinin, çağdaş kino sənətinin və mədəniyyətinin qardaş ölkədə kinosevərlərinə tanıdılması qarşıya qoyulan məqsədlərdən biridir.

“Film heç bitməsin” festivalının direktoru İstanbul Nişantaşı Universitetinin Sənət və dizayn fakültəsi, Radio, televiziya və kino kafedrasının müdiri Burcu Kurtiş, beynəlxalq əlaqələr üzrə koordinatoru kafedranın müəllimləri Ziyad Quliyev və Tuna Yıldırımdır. Festival çərçivəsində müxtəlif kateqoriyalar üzrə ən yaxşı filmlər seçiləcək, seminarlar və ustad dərsləri təşkil ediləcək.

Festival və iştirakla bağlı ətraflı məlumat bu linkdə: https://filmfreeway.com/FilmHicBitmesin