Xorvatiya Respublikasının ölkəmizdəki səfirinin həyat yoldaşı, tanınmış rəssam, Azərbaycan Rəssamlar İttifaqının üzvü Günay Mehdizadə (Zebiç) Hüseyn Cavidin Ev-Muzeyinin qonağı olub.

Muzeyin ekspozisiyası ilə tanış olan qonağa dahi Azərbaycan şairi və mütəfəkkiri Hüseyn Cavidin həyat və yaradıcılıq yolu haqqında məlumat verilib, əsərlərinin səhnə taleyi, xatirəsinin əbədiləşdirilməsi və s. barədə onu maraqlandıran suallar muzey əməkdaşları tərəfindən cavablandırılıb.

Tarix-memarlıq abidələri ilə maraqlandığını söyləyən Günay Zebiçə ev-muzeyin yerləşdiyi bina haqqında da ətraflı bilgi verilib. Səfirin xanımı bildirib ki, o, dahi şairin Naxçıvan şəhərindəki məqbərəsini də yaxından öyrənib və həmin memarlıq nümunəsinin rəsmini kətana köçürüb.

Qonaq sonda muzeyin xatirə kitabına ürək sözlərini yazıb.