Məşhur sülh carçısı, fotojurnalist Reza Deqatinin silsilə sərgiləri Fransanın regionlarında davam edir. Bretany regionunun Vannes şəhərində fotojurnalistin “Sükutun dərinliyi” adlı sərgisi açılıb.

R.Deqati əsl sənətkar kimi sözünü, fikirlərini fotoları vasitəsilə ötürür. Reallığı əks etdirən fotolar qarşısında sözə ehtiyac olmur. Onun sərgilərində bir qayda olaraq Azərbaycan, eləcə də onun işğalçılar tərəfindən yerlə yeksan edilmiş şəhər və kəndlərini əks etdirən fotolar da nümayiş olunur. Erməni işğalı dövründə vəhşicəsinə dağıdılmış şəhər və kəndlərimizi əks etdirən Deqati fotoları ilə ictimaiyyətə həqiqətləri çatdırır.

Sənətkarın budəfəki silsilə sərgilərinin komissarları Raşel Deqati və Fransada sərgilər kuratoru Pyer Bonciovanidir. R.Deqatinin fotolarına yerli ictimaiyyət və xarici turistlər böyük maraq göstərir.