Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında Arif Məlikovun 90 illiyi münasibətilə virtual sərgi hazırlayıb.

Kitabxanadan bildirilib ki, kitabxana əməkdaşları tərəfindən hazırlanan materiallarda Arif Məlikovun həyat və yaradıcılığı, ölkəmizdə və ölkəmizdən kənarda qazandığı uğurlar, bəstəkarlıq fəaliyyəti haqqında geniş məlumatlar əks olunur.

Burada bəstəkarın neçə-neçə dəyərli simfoniya, balet, mahnı, romans və fortepiano əsərləri yaratması, zəngin irsinin Azərbaycan musiqi sənəti salnaməsinin ən parlaq səhifələrindən biri olması təsvir edilir. Materialda Arif Məlikovun Ulu Öndər Heydər Əliyev və Prezident İlham Əliyev ilə olan görüşlərindən foto və videofraqmentlər nümayiş etdirilir. Virtual sərgidə Prezident İlham Əliyevin dəfələrlə Arif Məlikovun yaradıcılığı, pedaqoji və ictimai fəaliyyəti haqqında söylədiyi dəyərli fikirlər yer alır.

Materialda dahi bəstəkara həsr olunmuş “Arif Məlikovun vokal və kamera-instrumental əsərlərinin bəzi ifaçılıq xüsusiyyətləri”, “Musiqi....poeziya”, “Azərbaycan musiqi ədəbiyyatı”, “Şərq muğamları” kimi kitabların və dövrü mətbuatda dərc edilən məqalələrin biblioqrafik təsviri təqdim edilir.

Hazırlanmış material kitabxananın rəsmi saytında (https://ryl.az/multimedia/xalq-artisti-bestekar-arif-melikov-90) və sosial şəbəkələrində yerləşdirilib.