15 sentyabr ölkəmizdə yeni tədris ilinin başlanğıcı – Bilik Günüdür. Bu münasibətlə F.Köçərli adına Respublika Uşaq Kitabxanasının Məlumat-biblioqrafiya şöbəsi tərəfindən biblioqrafik xülasə – daycest hazırlanaraq virtual oxuculara təqdim edilib.

Xülasədə Bilik Günü ilə bağlı dövri mətbuatda 57 adda məqalənin tammətnli biblioqrafik siyahısı yer alıb. Materialda həmçinin 2023-cü ildə “Təhsil haqqında” Qanuna edilən dəyişikliklər, Ulu öndər Heydər Əliyevin təhsil haqqında qiymətli fikirləri, elm və təhsil barədə xülasə, görkəmli şəxslərin biliklə bağlı aforizmləri, eləcə də bu mövzuda şəkillər verilib.

Daycestlə https://www.clb.az/biblioqrafik-xidm%C9%99t/melumat-biblioqrafiya/daycest/15-sentyabr-bilik-gunudur link vasitəsilə tanış ola bilərsiniz.