Azərbaycan Dövlət “Yuğ” Teatrı 35-ci teatr mövsümünü M.F. Axundzadənin “Mürafiə vəkillərinin hekayəti” əsəri əsasında hazırlanmış “Şəbədə” tamaşası ilə açmağa hazırlaşır.

Səhnə əsəri sentyabrın 26-da Sabirabad rayon Mədəniyyət Mərkəzində nümayiş olunacaq.

Mərhəmətsizlik aktı janrı kimi təyin olunan tamaşada Xalq artisti Vidadi Həsənov (Ağa Mərdan), aktyorlar Vüqar Hacıyev (Ağa Abbas, Hacı Rəcəbəli), Elgün Həmidov (Ağa Salman), Mətanət Abbas (Zübeydə), Amid Qasımov (Ağa Kərim), Ləman Mərrih (Səkinə), Elçin Əmirov (Əziz bəy) və Günəş Mehdizadə (Zeynəb) çıxış edəcəklər.

“Mənəviyyatın çözə bilmədiyini heç bir ədalət məhkəməsi çözə bilməz” ideyalı səhnə işinin quruluşçu rejissoru Gümrah Ömər, quruluşçu rəssamı Umay Həsənova, rejissor assistenti isə Məryəm Qələndərovadır.