Azərbaycan mədəniyyətinə itki üz verib. Əməkdar mədəniyyət işçisi Fərhad Babayev oktyabrın 2-də, ömrünün 76-cı ilində vəfat edib.

Fərhad Ağa Səlim oğlu Babayev 5 yanvar 1948-ci ildə Bakıda anadan olub. 1972-ci ildə Heydər Əliyev Sarayı fəaliyyətə başlayan vaxtdan burada müxtəlif vəzifələrdə çalışıb. 1989-cu ildən 2020-ci ilə qədər Heydər Əliyev Sarayının direktoru olub. Bu illər ərzində bir çox respublika miqyaslı, dövlət səviyyəli, beynəlxalq əhəmiyyətli ictimai-siyasi, mədəni-kütləvi və digər tədbirlərin, konsert proqramlarının hazırlanıb keçirilməsində yüksək peşəkarlıq, təşkilatçılıq bacarığı nümayiş etdirib.

Fərhad Babayev Azərbaycan mədəniyyətinin inkişafı və təbliğində xidmətlərinə görə ölkə başçısının müvafiq sərəncamları ilə “Əməkdar mədəniyyət işçisi” fəxri adına layiq görülüb, “Şöhrət” ordeni ilə təltif edilib.

Allah rəhmət eləsin.