Bakı Dövlət Universiteti Şərqşünaslıq fakültəsinin professoru, filologiya elmləri doktoru Anar Kərimovun tərtibçisi olduğu “Azərbaycan dilinin etimoloji lüğəti (I hissə)” çapdan çıxıb.

Lüğətin hazırlanmasında Azərbaycan, türk, rus, fars, ingilis, alman və fransız dillərində ədəbiyyatlarla yanaşı, nəşrdə verilmiş hər bir sözün ən erkən dövrlərdə Azərbaycan dilində işləndiyini sübuta yetirmək üçün “Kitabi-Dədə Qorqud” dastanı, Yusif Xas Hacibin “Kutadqu bilig”, Nizami Gəncəvinin “Xəmsə”, Nəsiminin “Divan”ı və başqa ədəbi mənbələrə müraciət edilib.