Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbində dahi bəstəkar, keçmiş SSRİ-nin Xalq artisti Fikrət Əmirovun “Nizaminin xatirəsinə” simli simfoniyasının II hissəsinin pianoda 4 əl üçün işlənmiş notlarının yer aldığı kitabın təqdimatı olub.

Təqdimat bəstəkarın qızı Fikrət Əmirov Beynəlxalq Assosiasiyasının (Belçika) həmtəsisçisi, ictimai xadim, musiqiçi Sevil Əmirova tərəfindən keçirilib.

Simfoniyasının ikinci hissəsi Sevil Əmirova tərəfindən işlənib.

Təqdimatın sonunda S.Əmirova məktəbin direktoru, Əməkdar artist Əziz Qarayusifliyə yeni nəsr olunan kitabları hədiyyə edib, tədbirin təşkilinə görə təşəkkürünü bildirib.