Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Yasamal rayon Heydər Əliyev Mərkəzində “Cəbrayılın azad olunması şanlı Zəfərimizin başlanğıcıdır” adlı tədbir keçirilib.

Əvvəlcə tədbir iştirakçıları mərkəzin muzey bölməsində Ulu öndər Heydər Əliyevin büstü önünə gül dəstələri qoyub, əziz xatirəsini yad ediblər. Sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, şəhidlərimizin də xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Tədbirdə çıxış edənlər Cəbrayıl Şəhəri Gününün Prezident İlham Əliyevin 2023-cü il iyulun 31-də imzaladığı sərəncama əsasən qeyd olunduğunu bildiriblər. Vurğulanıb ki, işğaldan azad olunan digər ərazilərimiz kimi Cəbrayılda da böyük quruculuq işləri həyata keçirilir.

Sonda “Cəbrayıl – Vətən müharibəsində azad edilən ilk şəhərimiz” adlı mühazirə dinlənilib, mövzuya həsr olunmuş videoçarx nümayiş etdirilib. 158 nömrəli tam orta məktəbin şagirdləri Cəbrayıl Şəhəri Gününə həsr olunmuş bədii kompozisiya ilə çıxış ediblər.