Sumqayıt Dövlət Dram Teatrı yeni mövsümdə daha bir premyera ilə tamaşaçıların görüşünə gəlməyə hazırlaşır.

Nizami Mirzəyevin rus nağıllarından tərcümələrlə hasil etdiyi "Yuxu" adlı səhnə əsərinə rejissor Fuad Kazımov quruluş verir. Məşqlərini bitirmək üzrə olan tamaşada məşhur nağıl qəhrəmanları bir məkana toplaşacaqlar. Yaxın günlərdə tamaşaya daxili baxış keçiriləcək.

Bədii tərtibat Arif Müzəffərova, musiqi tərtibatı musiqişünas alim Telman Qəniyevə məxsusdur. Tamaşada Əməkdar artistlər Fəranə Musayeva, Növrəstə Həşomova, Xatirə Süleymanova,  Elmira Kərimova, aktyorlar  Dağlar Rüstəmov, Habil Xanlarov, Siyavuş Mahmudov, Vəfa Qurbanova, Gülnarə Qədirova, Aynur Hümmətova, Mətanət  Əmirullayeva, Füzuli Qərənizadə, Sevda Cəlilova,  Məryəm Hüseynli, İradə Zeynalova, Şəms Abdullayeva, Kamran  Muradlı, Elmir Mehdiyev rol alıblar.

Uşaqlar "Yuxu" tamaşasında bir çoxlarını tanıdıqları maraqlı personajların macəralarını həyəcanla izləyəcəklər.