Oktyabrın 14-də müasir Azərbaycan poeziyasının görkəmli nümayəndəsi, Xalq şairi Məmməd Arazın (1933-2004) anadan olmasının 90 illiyi tamam oldu.

Bu münasibətlə şairin Şahbuz rayonunun Nursu kəndindəki ev-muzeyində tədbir keçirilib.

Naxçıvan MR mədəniyyət nazirinin müavini Həsən Seyidov tədbiri açaraq Məmməd Arazın həyat və yaradıcılığı haqqında danışıb. Qeyd edib ki, görkəmli söz ustadı Azərbaycanın istiqlaliyyəti uğrunda qələmi ilə mübarizə aparan sənətkarlarımızdan olub. Təsadüfi deyil ki, Azərbaycanın ən ali mükafatlarından sayılan “İstiqlal” ordeninə ilk layiq görülmüş şairlərdən biri Məmməd Araz idi.

AMEA Naxçıvan Bölməsi İncəsənət, Dil və Ədəbiyyat İnstitutu Ədəbiyyatşünaslıq şöbəsinin müdiri dosent Ramiz Qasımov “Sözün Vətən qibləsi – Xalq şairi Məmməd Araz” mövzusunda çıxış edib.

Məmməd Arazın qardaşı oğulları Elvin İbrahimov və Qorxmaz İbrahimli şairlə bağlı xatirələrini bölüşüblər.

Muzeyin direktoru Əzizə Süleymanova şairin zəngin bədii irsinin qorunmasından danışıb, burada 1190 eksponatın qorunduğunu deyib.

Tədbir bədii hissə ilə davam edib.