Oktyabrın 25-də M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının Kamera və orqan musiqisi zalında şəhidlərimizin əziz xatirəsinə ithaf olunmuş “Orqan musiqisi axşamı” adlı konsert keçiriləcək.

Bədii rəhbəri Əməkdar incəsənət xadimi, professor Tahirə Yaqubova olan musiqili gecədə solistlər - beynəlxalq müsabiqələr laureatları Nigar Məmmədova, Şəfəq Abdullayeva, Aydın Əliheydər, Fidan Rəşidova (hamısı orqan) və Sevinc Mirzəli (kamança) çıxış edəcəklər.

Proqramda Azərbaycan və Avropa bəstəkarlarının əsərləri səsləndiriləcək.