Laçın şəhərinə daha 20, Ağalı kəndinə isə 27 ailə qayıdıb

 

Yenidən qurulan Laçın şəhərinə keçmiş məcburi köçkünlərin qayıdışı davam edir. Oktyabrın 30-da növbəti köç karvanı ilə Laçına çatan ailələrə evlərinin açarları təqdim olunub.

Laçın şəhəri daha 20 ailəyə (70 nəfər) qucaq açıb. 31 ildən sonra yenidən Laçına qədəm qoyan ailələrə evlərinin açarları təqdim olunub. Mərasimdə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin, Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın rayonunda Azərbaycan Prezidentinin Xüsusi nümayəndəliyinin və “Bakı Abadlıq Xidməti” MMC-nin əməkdaşları iştirak ediblər.

Ailələr sevinc hissi ilə evlərinin açarlarını təhvil alıblar.

Bununla da Laçın şəhərində 315 ailənin (1205 nəfər) daimi məskunlaşması təmin edilib. Qeyd edək ki, Laçın şəhərinə sakinlərin köçü avqust ayında başlayıb.

Zəngilan rayonunun yenidən salınmış Bununla da indiyədək Ağalı kənddə daimi məskunlaşdırılan ailələrin sayı 175-ə (871 nəfərə) çatacaq. Kəndə köçürülmə davam etdiriləcək.kəndi də sakinlərinin yeni dəstəsini qəbul edib. Oktyabrın 28-da Abşeron rayonunun Masazır kəndindən Ağalı kəndinə növbəti köç karvanı yola salınıb.

İndiyədək Bakı, Sumqayıt şəhərlərində və Abşeron rayonunda müvəqqəti məskunlaşmış 25 ailə (127 nəfər) bundan sonra doğma yurdda yaşayacaq. Bununla da Ağalı kəndində daimi məskunlaşdırılan ailələrin sayı 175-ə (871 nəfərə) çatacaq. Kəndə köçürülmə davam edəcək.