Malayziya Xarici İşlər Nazirliyində ənənəvi olaraq keçirilən “Xarici İşlər Nazirliyi Günü” (Wisma Putra Day) münasibətilə sərgi təşkil olunub. 30 ölkənin təmsil edildiyi sərgiyə Azərbaycanın Malayziyadakı Səfirliyi də qatılıb.

Səfirlikdən bildiriblər ki, Azərbaycan pavilyonunda ölkəmizin müstəqillik dövründə inkişafını, qazandığı nailiyyətləri, gözəl təbiətini, turizm imkanlarını əks etdirən materiallar, buklet və jurnallar, həmçinin xalçaçılıq və milli geyim nümunələri, kəlağayılar nümayiş olunub. Sərginin qonaqlarına Azərbaycanın milli şirniyyatı, ölkəmizdə istehsal olunan müxtəlif növ meyvə şirələri və suvenirlər təqdim edilib.

Malayziyanın xarici işlər naziri Zambri Abdul Kadir da ölkəmizin pavilyonu ilə maraqla tanış olub.