Mədəniyyət naziri Adil Kərimli Tərtər rayon Heydər Əliyev Mərkəzində vətəndaşların qəbulundan sonra Naftalan şəhərinə səfər edib, şəhərdəki bir sıra mədəniyyət müəssisələrinin fəaliyyəti ilə tanış olub.

Nazir əvvəlcə Naftalan şəhərindəki Heydər Əliyev Mərkəzinə baş çəkib. Mədəniyyət ocağının tarixi, maddi-texniki imkanları və cari vəziyyəti ilə bağlı məlumat verilib.

Daha sonra Tarix-Diyarşünaslıq Muzeyi, Mədəniyyət Mərkəzi və MKS-nin Mərkəzi Kitabxanasına baxış keçirilib. Müəssisələrdə mövcud olan problemlərin aradan qaldırılması, fəaliyyətin səmərəli təşkili ilə bağlı müvafiq tapşırıq və tövsiyələr verilib.

Adil Kərimli Naftalan şəhər Uşaq musiqi məktəbində də olub, müəllim və şagird kollektivi ilə görüşüb. Təhsil ocağında istedadlı, yaradıcı potensiallı uşaqların bacarıqlarının qiymətləndirilməsi və tanıdılmasının vacibliyi diqqətə çatdırılıb.