23-24 noyabr tarixlərində Naxçıvan şəhərində “Qərbi Azərbaycana qayıdış” adlı festival və “Qərbi Azərbaycan: böyük qayıdışa gedən yol” mövzusunda beynəlxalq konqres keçiriləcək.

Festival və konqresin məqsədi Qərbi Azərbaycanın tarixi, mədəniyyəti, incəsənəti, iqtisadiyyatı və digər sahələrinin araşdırılması, eyni zamanda geniş auditoriyada müzakirəyə çıxarılmasıdır.

Qeyd edək ki, festival və konqres Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin Səlahiyyətli Nümayəndəliyi, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Naxçıvan Dövlət Universiteti, Qərbi Azərbaycan İcması və Qərbi Azərbaycandan olan ziyalıların birgə təşkilatçılığı ilə keçiriləcək.