9-cu Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində noyabrın 13-də məşhur türkiyəli yazıçısı İskəndər Pala ilə görüş keçirilib.

“Babildə ölüm, İstanbulda eşq”, “Şah və Sultan”, “OD” və bir çox başqa populyar romanların müəllifi olan türkiyəli yazıçı azərbaycanlı oxuculara əsərləri haqqında qısa məlumat verib və onların suallarını cavablandırıb.

O qeyd edib ki, öyrənmək üçün heç zaman gec deyil.

Yazıçı bildirib ki, hər bir romanı üzərində incəliklə çalışır, gününün çox hissəsini əsərlərinin yazılmasına sərf edir.

Sonda yazıçı təqdimatda iştirak edən qonaqlara öz minnətdarlığını bildirib.