Bakıdakı Rus Evində miniatür avtomobillərin və modellərin kolleksiyasının təqdimatı keçirilib. Tədbir kolleksiya avtomobillərinin çoxsaylı həqiqi bilicilərinin marağına səbəb olub.

Rusiya İnformasiya-Mədəniyyət Mərkəzindən (RİMM) bildiriblər ki, ziyarətçilər sovet avtomobil sənayesinin və hərbi texnikasının modelləri ilə tanış ola, İkinci Dünya müharibəsinin dioramasına tamaşa edə, avtomobil sənayesinin inkişaf tarixi barədə xeyli məlumata sahib ola bilərlər.

Sərgi çərçivəsində FNAKO klubunun üzvlərinin – Fuad Musaxanov, Rüfət Vəzirov, İlqar İsmayılov, Namiq Bəşirov, Abbas Əliyev, Orxan Əsgərov, Tamerlan Ələkbərov və Kənan Məmmədovun kolleksiyalarından olan modellər nümayiş etdirilib.