Noyabrın 12-də IX Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində Xalq şairi Ramiz Rövşənin “Dünyanın siz olan yeri” kitabının təqdimatı və imza günü keçirilib.

Təqdimat mərasimində çıxış edən şair uşaqlarla bağlı dördüncü kitabının yayımlanacağını bildirib. O, sərgidə azyaşlıların iştirakının və onların şeirə, sənətə marağını görməyin sevindirici hal olduğunu diqqətə çatdırıb.

Sonra “Ramiz Rövşən mükafatı” bədii qiraət müsabiqəsinin qalibi balaca Ləman şeirini ifa edib.

Daha sonra “Bakı payızı 2023 istedadlar müsabiqəsi”nin finalçıları Rəşid Mikayılov və Fidan Ələkbərova sözləri Ramiz Rövşənə məxsus olan mahnını ifa ediblər.

Tədbirin sonunda yazıçı oxucular üçün kitabları imzalayıb.