Mədəniyyət Nazirliyi, Beynəlxalq Muğam Mərkəzi və “Mirvarid Dilbazi” Poeziya Məclisi İctimai Birliyinin birgə təşkilatçılığı ilə Beynəlxalq Muğam Mərkəzində noyabrın 26-da Kəlağayı gününə həsr olunmuş “Anam kəlağaylı bir muğamıydı...” adlı konsert keçiriləcək.

Konsertdən əvvəl kəlağayıya aid rəsm əsərləri nümayiş olunacaq.

Konsertdə milliliyimizin rəmzi olan kəlağayımıza həsr olunan ifalar, şeirlər səsləndiriləcək.

Biletləri iticket.az saytından əldə edə bilərsiniz.