Milli Azərbaycan Tarixi Muzeyində xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün “Zəhmət ilə gələn zinət. Dərsimiz - Hacı Zeynalabdin” adlı interaktiv dərs keçirilib.

İnteraktiv dərsin məqsədi sağlamlıq imkanları məhdud olan uşaqların cəmiyyətə inteqrasiyası, məktəbdənkənar təhsil müəssisələrinə cəlbi, asudə vaxtlarının səmərəli təşkili olub. İki hissədən ibarət dərsin birinci hissəsində şagirdlərə Hacı Zeynalabdin Tağıyevin həyat və fəaliyyətindən bəhs edilib. Dərsin ikinci hissəsində isə intellektual oyun təşkil olunub.

Tarix Muzeyinin İnnovasiyalar və təhsil proqramları şöbəsinin müdiri Fəridə Şəmsi muzeydə fiziki məhdudiyyətli insanların rahat və maneəsiz hərəkəti, eksponatlar haqqında məlumatları əldə edə bilmələri üçün bir çox inklüziv layihələrin, xeyriyyə aksiyalarının həyata keçirildiyini vurğulayıb.