Rejissor Lübov Borisovanın “İvan gəlmədən məni dəfn etməyin” filmi Londonda keçirilən “SİFFA UK – 2023” beynəlxalq kinofestivalında üç mükafat qazanıb.

Ekran işi ən yaxşı tammetrajlı film ssenrarisi üçün “Best feature narrative” mükaıfatına layiq görülüb. Baş qəhrəman Stepanın dostu rolunda çəkilmiş Aleksandr Çiçaxov festivalın ən yaxşı aktyoru hesab edilib. Operator Semyon Amanatov isə “Best Cinematography” mükafatı alıb.

Film real hadisələr əsasında çəkilib və ilk yakut rəssamı İvan Popovun və onun dostu Stepan Beresekovun həyatından bəhs edir. Stepan arabir letargiya yuxusuna gedir və yalnız İvan onun vəziyyətini əsl ölümdən ayıra bilir.

London festivalınadək bu film bir sıra mükafatlara, o cümlədən İranda 41-ci Fəcr festivalında “Ən yaxşı ssenari” mükafatına layiq görülüb.

Gülcahan