Müsabiqənin müsahibə mərhələsinin nəticələri açıqlanıb...

 

Noyabrın 21-dən 24-dək Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən keçirilmiş uşaq musiqi, incəsənət, rəssamlıq, muğam, aşıq məktəb və mərkəzlərinə direktor və direktor müavinlərinin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsinin nəticələri elan olunub.

Nazirlikdən verilən məlumata görə, müsahibə mərhələsində iştirak etmək üçün Mədəniyyət Nazirliyi tərəfindən elan edilən vakant vəzifələrə qeydiyyatdan keçən 45 namizəddən 42-si imtahanda iştirak edib, onlardan 13 nəfər tələb olunan keçid balını toplayaraq iddia etdikləri vəzifələrə uyğun hesab edilib.

Müsahibənin nəticələri ilə bu linkə keçid edərək tanış olmaq mümkündür.

Müsabiqənin müsahibə mərhələsinin nəticəsindən narazı olan namizədlər şikayətlərinə baxılması məqsədilə dekabrın 8-dək apellyasiya@culture.gov.az elektron poçt ünvanı vasitəsilə nazirliyin Apellyasiya Şurasına müraciət edə bilərlər.