Yeni il şənlikləri ərəfəsində Bakı Dövlət Sirki “Qendelfin sehrli kompası” adlı yeni proqram təqdim edəcək. Proqramın təşkilatçısı sirk sənəti sahəsində nüfuzlu mükafatların sahibi Allahverdi İsmayılovdur.

Ənənəyə uyğun olaraq dekabrın 14-də keçiriləcək ilk tamaşaya valideyn himayəsindən məhrum olmuş uşaqlar, məhdud fiziki imkanları olan azyaşlılar, şəhid və qazi övladları dəvət ediləcək.

Yeni şou, yeni artistlər, yeni əhvalatlar və dəniz heyvanlarının iştirakı ilə müşayiət olunacaq proqram 2024-cü il yanvarın 7-dək davam edəcək.