Hollivud Xarici Jurnalistlər Birliyinin təsis etdiyi “Qızıl qlobus” mükafatına növbəti  nominantlar məlum olub.

Siyahıya “Barbi” filmi (rejissor Qreta Qerviq) başçılıq edir. Ekran əsəri 9 nominasiyada mükafata namizəddir.

Rejissor Kristofer Holanın baş qəhrəmanı atom bombasının yaradıcısı olan “Oppenheymer” filmi (Julius Robert Oppenheimer, amerikalı fizik)  8 nominasiyada “Qızıl qlobus”a iddiaçıdır.

Bu filmlərə digər rəqib Martin Skorsezenin “Ay çiçəyi qatilləri”dir. 1920-ci illərdə Oklahomada yerli amerikalıların qətllərindən bəhs edən filmdə Robert de Niro və Leonardo di Kaprio kimi ulduzlar çəkilib.

Leonardo di Kaprio, eləcə də Bredli Kuper (“Maestro”), Kilian Mörfi (“Oppenheymer”), Marqo Robbi (“Barbi”) aktyor roluna görə nominantlar arasındadır.

Ən yaxşı qadın rolu nominantları arasında isə “Ay çiçəyi qatilləri” filmindən Lili Qladstoun, “Eyni binada qətllər”dən Selena Qomes və başqaları var.

“Qızıl qlobus”un nominasiyaları sırasına ilk dəfə “Ən yaxşı kinematoqrafiya nailiyyəti və kassa yığımları” adı altında blokbaster filmləri üçün kateqoriya da əlavə edilib. Bu, “Teylor Svift: zamanın turnesi” film-konsertinə nominasiya üçün yol açıb. Kinoprokatçıların siyahısında isə “Netflix” (NFLX.O) 13 nominasiya ilə liderlik edir.

“Qızıl qlobus” mükafatlarının təqdimatı yanvarın 7-də “CBS” və “Paramount+”un efirində birbaşa yayımlanacaq.