12–16 dekabr tarixlərində Qazaxıstanın Almatı şəhərində “Bastau” XI Beynəlxalq Tələbə və Debüt Filmləri Festivalı keçirilir.

Festivalın prezidenti Sergey Azimov bu kino bayramını belə səciyyələndirib: “Bastau”   yeni nəslin kinosunu tanıdır. Yeni bir festival yaratmaq nə qədər çətin olsa da, onu ikinci, üçüncü, onuncu dəfə keçirmək daha çətindir. Artıqonbirincidəfədirbu “Bastau” Almatıdabaş tutur”.

FestivalınaçılışındaIIDünyamüharibəsindənsonrasovettərəfinə əsirdüşənyaponkursantAxikoTesuronungerçəkəhvalatındanbəhsedən “Savaş girovları” filminümayiş olunub. 

Ümumilikdə beş gün ərzində 70-dən çox bədii filmin nümayişi nəzərdə tutulub. T.Jurqenov adına Qazaxıstan Milli İncəsənət Akademiyasında tanınmış kino mütəxəssislərinin ustad dərsləri və Fransa kino məktəbinin təqdimatı da planlaşdırılıb. Festival çərçivəsində qısametrajlı oyun və sənədli film layihəsi olan rejissorlar üçün “Almaty Film Lab” emalatxanası da fəaliyyət  göstərir. Festival proqramının bir hissəsi kimi emalatxana qaliblərinə də pul mükafatları veriləcək.

Gülcahan