2023-cü ildə mədəniyyət, ədəbiyyat, incəsənət adına itkilərimiz də oldu. Ömür yolu bu il bitənləri xatırlayaq.

15 yanvar – şair, ictimai xadim Babulla Səlimov (1945-2023).

16 yanvar – ədəbiyyatşünas, folklorşünas, filologiya üzrə elmlər doktoru Seyfəddin Həmzə oğlu Qəniyev (28.3.1952 – 2023).

22 yanvar – Əməkdar artist Tünzalə Məcid qızı Əliyeva (15.2.1973 – 2023).

31 yanvar – ədəbiyyatşünas, tərcüməçi, naşir Əməkdar mədəniyyət işçisi Azər Abdulla oğlu Mustafazadə (27.3.1939 – 2023).

 

fevral – filologiya elmləri doktoru professor Mahirə Həmid qızı Quliyeva (13.5.1950 – 2023).

1 fevral – Əməkdar incəsənət xadimi, pianoçu, sənətşünaslıq üzrə elmlər doktoru, professor Tərlan Əşrəf oğlu Seyidov (19.1.1943 – 2023).

20 fevral – Xalq artisti, teatr və kino aktyoru Ramiz Qəvvam oğlu Novruz (25.5.1955 – 2023).

23 fevral – Əməkdar rəssam, dekorativ-tətbiqi sənət ustası Ağasaleh Məmmədhüseyn oğlu Nuriyev (28.3.1940 – 2023).

23 fevral – Xalq artisti, vokalçı Əli Rəhim oğlu Əsgərov (25.11.1961 – 2023).

 

22 mart – Əməkdar mədəniyyət işçisi, rejissor, prodüser Oqtay Vidadi oğlu Əliyev (19.6.1968 – 2023).

25 mart – yazıçı-publisist (2001–2006-cı illərdə “Mədəniyyət” qəzetinin baş redaktoru) Nemət Bayramalı oğlu Veysəlli (21.3.1941 – 2023).

 

4 aprel – tərcüməçi (alman dilindən), filoloq, pedaqoq Vilayət Tapdıq oğlu Hacıyev (1.4.1950 – 2023).

9 aprel – Xalq artisti, teatr rejissoru İranə Tofiq qızı Tağızadə (7.5.1957 – 2023).

9 aprel – Xalq artisti, teatr rejissoru, Akademik Milli Dram Teatrının bədii rəhbər-direktoru Azər Paşa Zəfər oğlu Nemətov (13.8.1947 – 2023)

29 aprel – Xalq artisti, qarmon ifaçısı Aftandil Eynulla oğlu İsrafilov (24.1.1941 – 2023).

 

3 may – aktyor Rəzzaq Qüdrət oğlu Məmmədov (2.11.1948 – 2023).

6 may – Əməkdar mədəniyyət işçisi (2006-2020-ci illərdə Salyan Dövlət Kukla Teatrının direktoru) Yavər Qəhrəman oğlu Cəbrayılov (14.8.1948 – 2023).

23 may – Əməkdar müəllim, ADMİU-nun dosenti Ənvər Əliyulla oğlu Vəliyev (14.5.1945 – 2023).

24 may – Əməkdar mədəniyyət işçisi, xalça ustası Zəhra Gülbala qızı Əliyeva (17.9.1950 – 2023).

29 may – Əməkdar artist, aktyor, rejissor Elxan Məmməd oğlu Qasımov (24.4.1945 – 2023).

 

10 iyun – tarixçi, BDU-nun dosenti Kərəm Hətəm oğlu Məmmədov (22.2.1965 – 2023).

25 iyun – Əməkdar mədəniyyət işçisi, xalçaçı Fatimə Ayıbxan qızı Ağamirzəyeva (10.1.1953 – 2023).

 

11 iyul – Xalq rəssamı, heykəltaraş Fazil İmamverdi oğlu Nəcəfov (16.2.1935 – 2023).

19 iyul – Əməkdar artist Rüfət Rauf oğlu Babayev (2.10.1965 – 2023).

20 iyul – telejurnalist Natəvan Namik qızı Babayeva (12.10.1977 – 2023).

20 iyul – aktyor, rejissor, Rusiyanın Əməkdar incəsənət xadimi Məmməd Haşım oğlu Məmmədov (19.10.1951 – 2023).

31 iyul – Əməkdar incəsənət xadimi, teatr rejissoru Fuad Rauf oğlu Hacıyev (22.7.1942 – 2023).

 

1 avqust – Əməkdar incəsənət xadimi, kinorejissor Cəmil Əliqulu oğlu Fərəcov (13.2.1946 – 2023).

 

1 sentyabr – Əməkdar artist, rəqqasə Aliyə Allahqulu qızı Ramazanova (7.2.1941 – 2023).

4 sentyabr – Əməkdar elm xadimi, filologiya elmləri doktoru Fəridə Ağaəli qızı Vəlixanova (21.10.1935 – 2023).

7 sentyabr – jurnalist, tərcüməçi, diplomat Ənvər Nazim oğlu Məmmədov (15.8.1923 – 2023).

13 sentyabr – Əməkdar mədəniyyət işçisi, aşıq Abbas Musaxan oğlu Güləliyev (15.3.1954 – 2023).

14 sentyabr – jurnalist, pedaqoq Mübariz Ataxan oğlu Əhmədov (12.6.1969 – 2023).

19 sentyabr – aktrisa, rəssam Alagöz Tahir qızı Salahova (19.6.1953 – 2023).

23 sentyabr – Əməkdar mədəniyyət işçisi, kino xadimi Əsəd Fərrux oğlu Əsədov (1.3.1947 – 2023).

28 sentyabr – Milli Məclisin Mədəniyyət komitəsinin sədri, telejurnalist, şair, publisist Qənirə Ələsgər qızı Paşayeva (24.3.1975 – 2023).

 

2 oktyabr – Əməkdar mədəniyyət işçisi (1989–2020-ci illərdə Heydər Əliyev Sarayının direktoru) Fərhad Ağa Səlim oğlu Babayev (5.1.1948 – 2023).

4 oktyabr – musiqişünas-alim, pedaqoq Nailə Mehdiyeva (21.4.1932 – 2023).

27 oktyabr – tarixçi, etnoqraf Emil Əli oğlu Kərimov (15.5.1933 – 2023).

29 oktyabr – yazıçı-publisist, tərcüməçi, Əməkdar jurnalist Rafiq Savalan (Ağayev; 1.12.1940 – 2023).

 

noyabr – Əməkdar mədəniyyət işçisi (1984–2013-cü illərdə Respublika Uşaq Kitabxanasının direktoru) Fizurə Müseyib qızı Quliyeva (26.4.1941 – 2023).

10 noyabr – Əməkdar incəsənət xadimi, bəstəkar Mobil Rəşid oğlu Babayev (23.12.1945 – 2023).

18 noyabr – Xalq rəssamı, heykəltaraş Akif İzzətulla oğlu Əsgərov (1.5.1940 – 2023).

 

2 dekabr – Əməkdar jurnalist, pedaqoq, professor Yalçın Mustafa oğlu Əlizadə (17.1.1940 – 2023).

14 dekabr – Xalq artisti, teatr və kino aktyoru Ramiz Ağarza oğlu Məlik (4.8.1943 – 2023).

16 dekabr – ədəbiyyatşünas, türkoloq, professor Kamil Vəli Nərimanoğlu (Vəliyev; 18.8.1946 – 2023).

21 dekabr – instrumental (tar, saz, ney, zurna, ud) ifaçı, pedaqoq Məhərrəm İsmayıl oğlu Nəcəfzadə (30.11.1966 – 2023).

23 dekabr –  Əməkdar mədəniyyət işçisi (1994–2018-ci illərdə Heydər Əliyev Sarayının baş rejissoru) Gülçöhrə Məmməd qızı Şəfiyeva (17.3.1949 – 2023).

***

2023 dünya mədəniyyətinin də bir çox tanınmış simalarının ömür yolunun son ili oldu.

Gürcüstanın Xalq artisti, aktyor, estrada müğənnisi, bəstəkar Vaxtanq Kikabidze yanvarın 15-də 84 yaşında, İtaliyanın məşhur aktrisası Cina Lollobricida yanvarın 16-da 96 yaşında, italyan estradasının ulduzu, müğənni və bəstəkar Toto Kutunyo avqustun 22-də 80 yaşında, amerikalı müğənni Tina Terner mayın 24-də ömrünün 84-cü ilində, Türkiyənin tanınmış teatr və kino aktryorlarından Rana Cabbar 20 apreldə 78 yaşında, Can Gürzap 1 dekabrda 79 yaşında, türk xalq musiqisi ifaçısı və aktyor Burhan Çaçan 12 yanvarda 63 yaşında, Rusiyanın teatr və kino aktrisası, keçmiş SSRİ-nin Xalq artisti İnna Çurikova yanvarın 14-də ömrünün 80-ci ilində, Dağıstanın, Rusiya Federasiyası və SSRİ-nin Xalq artisti, Bakıda doğulmuş və musiqi təhsili almış bəstəkar, pedaqoq Murad Kajlayev dekabrın 23-də ömrünün 93-cü ilində dünyadan köçdülər.

Xatırladı: Vüqar Orxan