2023-cü il Yakutiya (RF) kinematoqrafçıları üçün rekord göstərici ilə yadda qalıb. İl ərzində yakut filmlərinin kassa yığımı 100 milyon rubl göstəricisinə çatıb ki, bu məbləğin 10 faizi respublikadan kənarda toplanılıb. 2023-cü ildə ekrana çıxmış on yeni film arasında “Ayta” (26 milyon rubl), “Lookuut və Nyurqusun” (22 milyon rubl), “Xarçı. İəstəbil” (8 milyon rubldan çox) lider mövqeyinə yüksəliblər.

Lyubov Borisovanın “İvan gəlmədən məni dəfn etməyin” filmi London və Bişkekdə mükafatlar qazanaraq festivallar fəthinə davam edib, həmçinin “Qızıl qartal” mükafatının uzun siyahısına daxil olub.

Eduard Novikovun “Yerin tacı” qısametrajlı filmi “Arcticopen” VII Beynəlxalq Kinofestivalında Arktika obrazlarının ən yaxşı təsvirinə görə xüsusi mükafata layiq görülüb.

“Rus mövsümü” layihəsi çərçivəsində Almatıda Yakutiya kino günləri keçirilib. Qazaxıstan Milli Kinoya Dövlət Dəstəyi Mərkəzinin təmsilçiləri ilə işgüzar görüşdə əməkdaşlıq barədə saziş imzalanıb.  

2024-cü ildə Valentin Makarovun “Mənim adım Lyubovdur”, Ər Sanaa Ox-Xotorun “Xapsıhıı”, Stepan Poryadinin “Spidstar” və Mixail Lukaçevskinin “Zəfər” filmlərinin premyerası gözlənilir.

Bu il “Saxafilm” şirkəti Lyubov Borisovanın “Əbədi donuşluğun sirləri” sənədli film layihəsini və Rada Kononovanın “Yakutiya tarixi” öyrədici sənədli serialını başa çatdırır.

Bu gün Yakutiyada 1992-ci ildən fəaliyyət göstərən “Saxafilm” kinostudiyası başda olmaqla təxminən 50 kino şirkəti və yaradıcı kollektiv çalışır. Hər il respublikada orta hesabla 12 film çəkilir.

2023-cü ildə respublikada 2027-ci ilədək kino sənayesinin, animasiyanın inkişafı və rəqəmsal kontentin istehsal konsepsiyası təsdiq edilib. Yakutiya başçısının göstərişi ilə hər il respublikada kinematoqrafiyanın inkişafına 80 milyon rubl vəsait ayrılır.