Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə 2019-cu ildən “AzerNyuMedia” şirkətinin istehsal etdiyi və hazırda “Real FM”də (107 FM) yayımlanan “Cinema Radio” kanalının növbəti – V “Müasir audiovizual baxış” mükafatı təqdim olunacaq.

Mükafatın təqdimetmə mərasimi hər il yanvarın sonlarında keçirilir. Mükafat “Cinema Radio”nun ötən il üzrə yekunları əsasında müəyyənləşir.

Qeyd edək ki, “Sinema Radio” 2019-cu ildən etibarən şənbə və bazar günləri yayımlanır. Kanalın buraxılışlarında əcnəbi kino bazarı haqqında məlumatlar, eləcə də Amerika Televiziya Sənətləri və Elmləri Akademiyasının eksklüziv xəbərləri, yerli və əcnəbi filmlərdən “soundtrack”lər, audiotreylerlər, audiosəhnələr, yerli audiovizual xəbərlər, xüsusi audioreportajlar, həmçinin maraqlı qonaqlarla müsahibələr yayımlanır.

“Cinema Radio” 2021-ci ildən Azərbaycan Mətbuat Şurasının üzvüdür, 2022-ci ildən etibarən Amerika Televiziya Sənətləri və Elmləri Akademiyası ilə əməkdaşlıq edir.