İspan arxeoloqları Misirin Minya əyalətindəki Əl-Bəhnasa nekropolunda Ptolemey və Roma dövrünə aid xəzinələr tapıblar. Barselona Universiteti və Qədim Yaxın Şərq İnstitutunun arxeoloqlar komandası nekropolda qayaüstü məzarlar, mumiyalar, tabutlar, qızıl maskalar və heykəllər aşkar edib.

Misirin Qədim Əsərlər Ali Şurasının baş katibi Mustafa Vəziri deyib: “Yeni kəşf bölgənin zəngin tarixinə daha çox işıq salır, çünki həm Ptolemey (305-30), həm də Roma (e.ə. 30-641) dövrlərinə aid bir sıra qayaüstü qəbirlər aşkar edilib. Bu məzarlıq o dövrün unikal dəfn üsullarını və bədii ifadələrini nümayiş etdirir”.

Qazıntı zamanı Roma dövrünə aid mumiyalar da aşkar edilib. Onların bəziləri qızılı və rəngli dəfn maskaları ilə bəzədilib, iki mumiyanın ağzına isə qızıl dillər yerləşdirilib.