Beynəlxalq Muğam Mərkəzində (BMM) ilin ilk musiqi tədbiri Milad bayramına həsr olunub. Yanvarın 12-də BMM-də bu münasibətlə konsert keçirilib.

Konserti Rusiyanın Azərbaycandakı səfiri M.Yevdokimov, Belarus səfiri A.Ravkov, Monteneqronun səfiri M.Buriç, digər diplomatik nümayəndəliklərin əməkdaşları, mədəniyyət xadimləri izləyiblər.

Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının katibi arximandrit Aleksi (Nikonorov) tədbir iştirakçılarına salamlama nitqi söyləyib, təbriklərini çatdırıb.

Sonra söz musiqiyə verilib. Bakı və Sumqayıt musiqi məktəbləri şagirdlərinin, Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyası tələbələrinin ifasında təqdim olunan konsert alqışlarla qarşılanıb.

Sonda Əməkdar artist Vaqif Məstanovun rəhbərliyi altında Bakı kafedral kilsəsinin arxiyerey xoru çıxış edib.

Lalə