Yanvarın 18-də “Park Cinema” kinoteatrlar şəbəkəsində Xalq yazıçısı Gülhüseyn Hüseynoğlunun (1923–2013) 1944-cü ildə yazdığı eyniadlı hekayənin motivləri əsasında çəkilən “Ana” filmi göstəriləcək.

Şəhid analarına həsr olunmuş filmin nümayişindən əldə olunacaq vəsait YAŞAT Fonduna köçürüləcək. Layihənin müəllifi Toğrul Abdullayev, rejissoru Vüsal Məmmədovdur. Filmdə Əməkdar artistlər Gülər Nəbiyeva və Firəngiz Babayeva, aktyorlar İlqar Musayev, Səyyad Məmmədov çəkiliblər.

YAŞAT – şəhid ailələrinin və Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda yaralanmış şəxslərin dəstəklənməsi fondudur. Fondun yaradılmasında əsas məqsəd vətəndaş cəmiyyətinin təşəbbüsləri çərçivəsində dövlət tərəfindən şəhid ailələrinin və hərbi əməliyyatlar zamanı zərər çəkmiş qazilərin sosial müdafiəsi üzrə tədbirlərin həyata keçirilməsidir.