I Qarabağ müharibəsi haqqında sənədli film təqdim olunacaq

 

Yanvarın 19-da saat 19:00-da “Landmark” kino zalında “An – olduğu kimi” sənədli filmi nümayiş olunacaq.

Bu barədə filmin məsləhətçisi, Azərbaycan Fotoqraflar Birliyinin (AFB) rəhbəri Mirnaib Həsənoğlu məlumat verib.

Bildirilib ki, film Azərbaycan Televiziyası tərəfindən AFB-nin arxivi əsasında lentə alınıb. Ekran əsəri Birinci Qarabağ müharibəsini lentə alan fotoqraflar və həmin fotolardakı döyüşçülər haqqındadır. Filmdə istifadə olunan fotoların çoxu ilk dəfə nümayiş etdiriləcək.

Ekran işinin ssenari müəllifi və rejissoru Nazim Məmmədov, operatoru Elşən Bədəlovdur.

Filmin nümayişi “Landmark” və “Arts Council Azerbaijan”ın dəstəyi ilə reallaşacaq. Təqdimatda iştirak etmək üçün qeydiyyatdan keçmək lazımdır.

Lalə