Film kinoteatrlarda yayımdan niyə çıxarılıb?

 

Anadolu rok musiqisinin əfsanəvi adı Cem Karacanın həyatından bəhs edən “Cem Karacanın göz yaşları” filmi nümayişdən çıxarılıb. Buna səbəb Cem Karacanın ailə üzvlərinin filmə müəlliflik haqqı (o cümlədən nümayişdən əldə olunacaq gəlirdən ailəyə ödənilməli məbləğ) ilə bağlı mübahisəsidir.

Cem Karacanın son həyat yoldaşı İlkim Karaca filmdə onun da haqqının olduğunu bildirərək yayımının dayandırılması üçün məhkəməyə müraciət etmişdi. O, məhkəmə tərəfindən müəyyən edilən 3,5 milyon TL zəmanət məbləğini yatırandan sonra filmin nümayişinin dayandırılmasına qərar verilib.

Cem Karacanın əvvəlki həyat yoldaşı Feride Balkandan olan oğlu Emrah Karaca mətbuat konfransı keçirərək bildirib ki, atasının əsərlərinin hüquqlarının 4/3-ü ona məxsusdur. İlkim Karaca isə hüquqların ona məxsus 4/1-ni 2018-ci ildə bir musiqi şirkətinə satıb: “Buna baxmayaraq, prodüserlərimiz onunla görüşdü, lakin o, 16 milyon TL tələb etdi. Biz bunu qəbul etməyəndə aqressivləşdi”.

O bildirib ki, filmin çəkilişi 90 milyon TL büdcəyə başa gəlib, İlkim Karacanın məhkəməyə zəmanət olaraq verdiyi 3,5 milyon TL hansı zərəri ödəyəcək?

Məhkəmənin qərarından sonra prodüser şirkəti də açıqlama yayıb: “Əfsanəvi sənətçimiz Cem Karacanın xatirəsinə yaraşan, böyük səy və səbirlə çəkilişlərini tamamladığımız və 26 yanvarda tamaşaçıların ixtiyarına verdiyimiz “Cem Karacanın göz yaşları” filminin yayımı iddiaçı tərəfin yatırdığı zəmanətlə məhkəmə tərəfindən yayımdan qaldırılıb”.

Cem Karacanın ekran həyatına varislik üstündə çəkişmənin bundan sonra da davam edəcəyi görünür...

V.Kamal